“XX əsrin son çiçəkləri”

 

İyunun 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycan, Gürcüstan, İsrailUkraynadan olan gənc rəssamların qrup sərgisi açılıb.

 

“XX əsrin son çiçəkləri: Y nəsli” adlanan sərgi millenialların (1981–1996-ci illərdə doğulmuş nəsil) şəxsiyyətini əsas mövzular, suallar və problemlər vasitəsilə araşdırır.

 

“Y nəsli”  (və yamilleniallar”) XX əsrdə doğulmuş, lakin yeni minillikdə böyümüş insanlardır. Onları əvvəlki və sonrakı nəsillərdən fərqli olan insanlar kimi dəyərləndirirlər ki, bu da həmin nəslin unikallığını vurğulayır. Ötən əsrin “son çiçəkləri” sayılan bu nəsil, mövcud reallığı şəxsi reallıqları vasitəsilə qurublar.

 

Sərgi başlıca diqqəti sosial qavrayışın müxtəlif səviyyələri vasitəsilə özünüidentifikasiya və özünüifadə üsullarına cəlb edir. Statikya dinamik, durğunya mütərəqqi – burada insanların həyatı necə qavraması ilə bağlı müxtəlif təsvirlər var. Əsərlər mədəniyyət, submədəniyyət və tendensiyalar kimi anlayışlara nəzər salaraq, həyat tərzi və davranışla bağlı əsas ahəngləri ortaya qoyur.

 

Sərgidə 6 rəssamın video, fotoqrafiya və fotoinstalyasiyaları təqdim edilir. Alina Orlov (İsrail), Giorgi Rodionov (Gürcüstan), Zamir Süleymanov (Azərbaycan), Yarema Malaşçuk, Saşa KurmazRoman Himeyin (Ukrayna) əsərləri eyni zaman kəsiyində yaşayan və müxtəlif ölkələrdən olan gənclərin fərqli reallıqlarını, dəyərlərini və qavrayışlarını nümayiş etdirir.

 

Dekabrın 30-dək açıq olacaq sərginin kuratoru Fərəh Ələkbərlidir.

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.2.