Dastana dönmüş
bir şəhid ömrü
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kurs magistr tələbəsi Jalə Əliyeva Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin büstünü hazırlayıb və Milli Azərbaycan Tarixi Muzeyinə bağışlayıb.
Muzeydən bildirilib ki, baş direktor, akademik Nailə Vəlixanlı Jalə Əliyevaya şəhidimizə layiq bir sənət əsəri yaratdığına görə, eləcə də bu əsəri muzeyə hədiyyə etdiyinə görə təşəkkürünü bildirib.
Gənc heykəltəraş onun işinin muzeyin fonduna daxil edilməsindən qürur hissi keçirdiyini vurğulayaraq, daha bir neçə şəhidimizin büstləri üzərində çalışdığını deyib.
Muzey adından Jalə Əliyevaya təşəkkürnamə və xatirə hədiyyəsi təqdim olunub.
Büst “Dastana dönmüş bir şəhid ömrü (Şəhid Xudayar Yusifzadə)” adı ilə muzeyin Vətən müharibəsi fonduna daxil edilib. Bu sənət əsəri ilə muzeyin “Anadır arzulara hər zaman Qarabağ” sərgisində tanış olmaq mümkündür.
Mədəniyyət.-
2021.- 11 iyun.- S.2.