Kitabxanaların maarifləndirici tədbirləri

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası 26 iyun – Beynəlxalq Narkîmaniyaya və Narkîbiznåsə qarşı Mübarizə Günü ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirib.

 

Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltməkdir.

 

Kitabxananın əməkdaşı Ülkər Zeynalova mövzu barədə danışaraq bildirib ki, bəşəriyyətin, cəmiyyətin bəlasına çevrilən narkomaniya hamı üçün eyni dərəcədə təhlükəlidir.

 

Tədbirdə Xəzər rayon Hatəm İsgəndərov adına 206 nömrəli məktəbin psixoloqu Səfiyyə Niyazova narkotik maddələrin insan psixologiyasına təsiri, məktəbdə şagird və valideynlərlə bu istiqamətdə aparılan maarifləndirmə işlərindən bəhs edib.

 

***

 

Xəzər rayon MKS-nin növbəti maarifləndirici tədbiri də narkomaniya ilə mübarizə və onun fəsadlarına həsr olunub.

 

Gənclər hər bir millətin gələcəyidir. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir.

 

Onlayn tədbiri MKS-nin direktoru vəzifəsini icra edən Jalə Əliyeva açıb. Sonra söz həkim-narkoloq, bir sıra kitabların müəllifi Asif Kəngərliyə verilib. O, oxucuların suallarını cavablandırıb.

 

Rayon Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev, Abşeron Binə Peşə liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini Zərifə Ağayeva digər çıxış edənlər bəşəri bəla olan narkomaniyaya qarşı mübarizədə bütün cəmiyyətin əlbir olmasının, bu istiqamətdə davamlı maarifləndirmənin vacibliyini vurğulayıblar.

 

Sonra Asif KəngərlininBəlaəsəri müzakirə olunub. Müəllif  bu sahədə təbliğat işindən bəhs edərək əsər haqqında izləyicilərə məlumat verib.

 

 

Mədəniyyət.- 2021.- 11 iyun.- S.4.