Namərd qədir bilməz, olsan da qurban...
Nizami sözündən incilər
Nizami Gəncəvinin
“Xəmsə”si dünya
poetik-fəlsəfi fikrinin
zirvəsində dayanır. “Xəmsə”yə
daxil olan beş poema-məsnəvidə
bütün zamanların
ən humanist, ümumbəşəri
idealları parlaq bədii əksini tapıb. “Nizami
Gəncəvi İli”
qüdrətli söz
ustadının misilsiz
xəzinə olan ədəbi irsinin təbliği, eyni zamanda tədqiq edilməsi və öyrənilməsi üçün
yeni zəmindir.
“Nizami sözündən
incilər”də dahi şairin möhtəşəm
beşliyindən növbəti
seçmələri təqdim
edirik.
Kim ki, xalqı bir gecə ədli
ilə şad etdi,
O, demək, öz sabahkı evini abad etdi.
(“Sirlər xəzinəsi”)
İt sənə dost olar, bir sümük atsan,
Namərd qədir bilməz, olsan da qurban.
(“Leyli və Məcnun”)
Bəlli
bir şeydir ki, pislik edənlər
Öz işindən
özü çəkəcək
zərər.
Eşitməmişsənmi bu məşhur sözü:
“Quyu qazan adam düşəcək
özü”.
(“Xosrov və Şirin”)
On naxış vursa da bir naqqaş
əgər,
Əsas bir cizgidən sanma əl çəkər.
Bir cizgi naxışdan çıxarsa kənar,
Başqa cizgilər də bütün pozular.
(“Yeddi gözəl”)
Heç
qorxma acizə zülm edənlərdən,
Yoxsa qul olarsan onlara, hökmən.
(“İsgəndərnamə” – “İqbalnamə”)
İnsanla yaşayan mərddir,
kişidir,
Kimsəni sevməmək namərd işidir.
(“İsgəndərnamə” – “Şərəfnamə”)
Mədəniyyət.-
2021.- 11 iyun.- S.7.