Xalq artisti Ramiz
Əzizbəyli vəfat
edib
Azərbaycan mədəniyyətinə ağır
itki üz verib. Xalq artisti, tanınmış
aktyor, kinorejissor Ramiz Əzizbəyli iyunun 9-da, 73 yaşında
dünyasını dəyişib.
Ramiz Hacıağa oğlu Əzizbəyli 1948-ci il iyulun 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət
İnstitutunun Mədəni-maarif
fakültəsini bitirib.
“Azərbaycanfilm” kinostudiyasında çalışıb. “Bəyin oğurlanması”,
“İşarəni dənizdən
gözləyin”, “Bağ
mövsümü”, “Qanlı
zəmi”, “Qəm pəncərəsi” və
s. filmlərdə, “Mozalan”
kinosüjetlərində, televiziya
tamaşalarında yaddaqalan
rollar oynayıb. Bir çox filmlərin səsləndirilməsində iştirak
edib. Filmoqrafiyasına 100-ə yaxın ekran əsəri daxildir.
1987-ci ildə “Debüt”
studiyasında çəkdiyi
“Pirverdinin xoruzu” qısametrajlı bədii
filmi ilə rejissorluq fəaliyyətinə
başlayıb. Film Kiyev şəhərində keçirilən
Ümumittifaq festivalında
rejissor debütünə
görə mükafata
layiq görülüb.
Ramiz Əzizbəylinin 1991-ci ildə
çəkdiyi “Bəxt
üzüyü” tammetrajlı
bədii filmi kino tariximizdə ən baxımlı ekran əsərlərindən
biridir. Film Daşkənddə
keçirilən Asiya
və Latın Amerikası ölkələrinin
kinofestivalında xüsusi
diploma layiq görülüb.
Rejissorun
“Yalan” bədii filmində (2006) Birinci Qarabağ müharibəsində
şəhid vermiş
bir ailənin yaşantıları, müharibənin
insan həyatına təsiri əks olunub.
Ramiz Əzizbəyli
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetində
dərs deyib, Estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri
olub.
Ramiz Əzizbəyli
Azərbaycan kino sənətinin inkişafında
xidmətlərinə görə
2000-ci ildə respublikanın
“Əməkdar artist”i,
2008-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2018-ci ildə
“Şöhrət” ordeni
ilə təltif olunub.
***
Xalq artisti iyunun 10-da paytaxtın “Qurd qapısı” qəbiristanlığında dəfn
edilib.
Sənətkarın məzarı üzərinə
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın adından, Mədəniyyət
Nazirliyinin və digər qurumların adından əklillər qoyulub.
Dəfn
mərasimində mədəniyyət
xadimləri, sənətkarın
dostları iştirak
ediblər.
Əməkdar incəsənət xadimi
Cəmil Quliyev: “Ramiz Əzizbəylinin çəkdiyi filmlər özünəməxsus dəst-xətti
ilə, rejissor yozumu ilə seçilirdi. Yaddaqalan, Azərbaycan kinosunda
duzlu yumoru ilə seçilən rollar yaratmışdı.
Dublyajın mahir ustası
idi. Hansı işi öz
üzərinə götürürdüsə,
onu çox istedadla, məharətlə
yaradırdı. Onun çəkdiyi
filmlər, yaratdığı
obrazlar hər zaman Azərbaycan tamaşaçısının yaddaşında qalacaq”.
Xalq artisti Valeh Kərimov:
“Ramiz böyük istedad idi. Təkcə yaxşı
rejissor yox, həm də gözəl aktyor idi. Epizodik rollara çəkilirdi,
ancaq yenə də yadda qalırdı.
Dublyaj sənətində də öz sözünü demişdi. Onun elə dublyajları
var ki, aktyorun
ifasından çox onun səsi rol oynayır”.
Əməkdar artist Elxan Qasımov:
“Ramizin itkisi ağırdır, amma biz yaşda insanlar dünyamızı dəyişsək
də, arxadan cavanlar gəlir. Onlar Azərbaycan kinosunu, Azərbaycan sənətini
ölməyə qoymayacaqlar.
Bu örnəklərdən biri də Ramiz
Əzizbəyli idi”.
Allah rəhmət eləsin.
Mədəniyyət.-
2021.- 11 iyun.- S.5.