Azərbaycan və gürcü ədəbiyyatının qarşılıqlı tərcüməsi, nəşri və yayılması

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstan Milli Yazıçılar İttifaqı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, əməkdaşlıq sənədində Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilə çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn konfransların keçirilməsi, nəşrlərin hər iki ölkədə geniş oxucu auditoriyasına çatdırılması, kitabxanalara təqdim edilməsi kimi məsələlər əksini tapıb.

Memorandum Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və Gürcüstan Milli Yazıçılar İttifaqının sədri Makvala Qonaşvili tərəfindən imzalanıb.

 

Mədəniyyət.- 2021.- 18 iyun.- S.8.