“Qarabağın mədəni irsi”
Xəbər verildiyi kimi, iyunun 15-də Türkiyə və Azərbaycan rəhbərlərinin Şuşaya səfəri zamanı keçirilən tədbirlər əsnasında qonaqlara Heydər Əliyev Fondunun hazırladığı “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu da təqdim olunub. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir.
“Xalq sənətkarlığı” nəşri Qarabağda ağacişləmə, başmaqçılıq, bədii tikmə, boyaqçılıq, daşişləmə, dəmirçilik, dəriçilik, dulusçuluq, dülgərlik, həsirçilik, xalçaçılıq və digər sənətlərin geniş yayıldığı, özünəməxsus inkişaf yolu keçdiyini əks etdirir.
Qarabağ bölgəsinin çoxəsrlik tarixə malik və Azərbaycan xalqının mədəni sərvətinin mühüm hissəsini təşkil edən musiqi irsi haqqında foto və məlumatlar “Musiqi” adlı nəşrdə cəmlənib.
“Ədəbiyyat” nəşrində Qarabağda xalqımızın yaratdığı mədəni söz sənəti nümunələri, qarabağlı şair və yazıçılar barədə məlumatlar və fotolar təqdim edilir. “Memarlıq” nəşrində Qarabağın memarlıq nümunələri haqqında məlumatlar fotolar və qrafik rəsmlər vasitəsilə diqqətə çatdırılır.
“Xalçaçılıq” nəşri Qarabağ ərazisində
xalçaçılığın yaranma
tarixi, xalçaların işlənmə
texnikası, Qarabağ xalça
qrupunun xarakterik
xüsusiyyətləri haqqında söhbət açır.
Mədəniyyət.- 2021.- 18 iyun.-
S.1.