Xorvatiya ilə mədəni əlaqələr
müzakirə edilib
Mədəniyyət naziri Anar Kərimov iyunun 16-da Xorvatiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb.
Səfiri salamlayan nazir Azərbaycanla Xorvatiya arasında dostluq münasibətlərinin bir çox sahələrdə səmərəli əməkdaşlığa, o cümlədən mədəni əlaqələrə zəmin yaratdığını bildirib. Qeyd olunub ki, iki ölkə arasında imzalanmış sənədlər bu əlaqələrin inkişafına əhəmiyyətli töhfə verir.
Ölkələrimiz arasında mədəni əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulayan Anar Kərimov mədəni irsin bərpasında Xorvatiyanın təcrübəsindən istifadə, kitabxana, muzey işi və mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, birgə tədbirlərin təşkilində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb.
Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Branko Zebiç ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib. Mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edən diplomat ölkələrimiz arasında mədəni əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə iki
ölkə arasında mədəniyyət sahəsində
qarşılıqlı fəaliyyətin gələcək
perspektivləri müzakirə edilib, maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Mədəniyyət.- 2021.- 18 iyun.-
S.2.