Respublika uşaq rəsm festivalı çərçivəsində daha bir plener

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə iyunun 22-də “Azərbaycanım” IV respublika uşaq rəsm festivalı çərçivəsində uşaqlar üçün növbəti plener keçirilib.

 

Xətai Sənət Mərkəzinin qarşısında təşkil olunan budəfəki plenerə Xətai uşaq rəsm yaradıcılıq studiyasının dərnək üzvləri dəvət olunub.

 

Xatırladaq ki, “Azərbaycanımfestivalı çərçivəsində keçirilən plenerlərNizami Gəncəvi İli”nə həsr edilib. Məqsəd rəssamlıq istedadına malik olan uşaq, yeniyetmə gənclərin bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, həmçinin şəhər sakinləri şəhərimizin qonaqlarının təsviri sənətə olan marağının artmasına xidmət etməkdir.

 

Festival çərçivəsində plenerlər davam edəcək.

 

Mədəniyyət.- 2021.- 23 iyun.- S.3.