Nizami və Nəvai irsinin miffolklor qaynaqları”

 

Elmi konfransda 60-dək məruzə dinlənilib

 

 

 

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə “Nizami və Nəvai irsinin miffolklor qaynaqları” mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib.

Konfransın açılışında Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Türk dünyasının iki böyük söz ustadının yaradıcılığından söz açıblar.

 

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Cəlal Qasımov “Nizami Gəncəvinin milli və ədəbi kimliyi”, Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru Ramazan Qafarlı “Nizami və Nəvai “Xəmsə”lərində zaman və məkan vəhdəti”, Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin RzasoyNizami və Nəvai yaradıcılığında folklor ənənələri” mövzularında məruzə ediblər.

 

Özbəkistan Səmərqənd Dövlət Xarici Dillər İnstitutundan qatılan filologiya elmləri doktoru, professor Dilaram SalohiyŞeyx Nizami və Əmir Nəvai epik şeirində folklor elementlərinin yeri”, Özbəkistan Elmlər Akademiyası Əlişir Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun Folklor şöbəsinin müdiri, professor Mamatkul Jurayev “Əlişir Nəvainin əsərlərində “gül” və “ənqa” obrazlarının mifopoetik şərhi” mövzusunda çıxış ediblər.

 

Dörd dahi xəmsənəvis: Nizami, Dəhləvi, Cami və Nəvai” mövzusunda çıxış edən Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər bildirib ki, Şərq ədəbiyyatında bir çox istedadlı şair “Xəmsə”, hətta “Səba” yazıb. Lakin bu işi ən mükəmməl şəkildə yerinə yetirən dörd dahi xəmsənəvis vardır. Bunlar Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami və Əlişir Nəvaidir.

 

İki gün davam edən konfransda 5 bölmədə 60-a yaxın məruzə dinlənilib.

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.7.