Mədəniyyət Nazirliyinin əməkdaşları təltif edilib

 

 

Hər il iyunun 23-ü Azərbaycan Respublikasında Dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir. Prezident İlham Əliyev bu münasibətlə iyunun 23-də dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilənlər sırasında Mədəniyyət Nazirliyinin əməkdaşları da var. Nazirliyin Regional siyasət şöbəsinin müdiri Məmmədov Vüqar Rasim oğlu, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri Cəfərov Aslan Qulu oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunublar.

 

Mədəniyyət.- 2021.- 25 iyun.- S.2.