1881-ci ilə zəng...
Aparatda “Nobel qardaşları”nın baş mühəndisidir
Bu il Azərbaycanda
telefon rabitəsinin yaradılmasının 140 illiyi
tamam olur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, yubileylə bağlı “Azərbaycan Telefon Rabitəsi 140” loqotipi hazırlanıb.
Yubiley ili
ərzində silsilə
tədbirlər həyata
keçiriləcək.
O cümlədən jurnalistlər
arasında mövzu ilə bağlı müsabiqənin keçirilməsi,
İKT-də xüsusi
rolu olan qadınların mükafatlandırılması,
rabitənin 140 illiyinə
həsr edilmiş markanın, zərfin və xatirə nişanının hazırlanması
nəzərdə tutulur.
Rabitənin tarixi barədə
sənədli filmin çəkilişi də
görüləcək işlər
sırasındadır.
Rabitəçi şəhid ailələri,
qocaman rabitəçilər
evlərində ziyarət
ediləcək, rabitə
sahəsində uzun müddət çalışan
əməkdaşlar təltif
olunacaq.
Xatırladaq ki, Azərbaycanda ilk telefon xətti 1880-ci ilin dekabr ayında
“Qafqaz və Merkuri” Paroxod Cəmiyyəti tərəfindən
inşa edilib. Xətt cəmiyyətin
“Naberejnaya” küçəsində
yerləşən baş
kontoru ilə Bakı limanında yerləşən “Kaspi” neft cəmiyyətinin kontorunu birləşdirib.
1881-ci ilin yanvar
ayında “Nobel qardaşları
cəmiyyəti” telefon
çəkilişinə icazə
almaq məqsədilə
Bakı qubernatoru
general-leytenant Pozenə
müraciət edib və fevralın 18-də icazə verilib. Həmin il
noyabr ayının
23-də uzunluğu 6 kilometr
olan və “Nobel qardaşları cəmiyyəti”nin
baş kontoru ilə sədr və baş mühəndisin evlərini
birləşdirən ilk telefon
xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və
telefon rabitəsinin yaradılması 1881-ci ildən
hesablanır.
Mədəniyyət.- 2021.- 25 iyun.-
S.6.