Bəşəri tarixə bağlı Azərbaycan
toponimləri
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantı, Türk dünyasının toponimik tədqiqatçıları arasında özünün dəst-xətti ilə seçilən, qayaüstü rəsmlərin və qədim xalçaların yorulmaz araşdırıcısı Şakir Qabıssanlının “Bəşəri tarixə bağlı Azərbaycan toponimləri” adlı kitabı çapdan çıxıb.
Kitab AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya və Folklor institutları Elmi şuralarının qərarı ilə nəşr edilib. Əsərin elmi redaktoru Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Zaur İmranidir.
Müəllif kitabında özünün
fərqli yanaşmaları ilə bəşər tarixinin ilkin qaynaqlarına
dair toponimlərin Azərbaycanla
bağlılığını önə çəkir,
mülahizələrini dini və elmi əsaslarla sübut
etməyə çalışır. Toponimlərin
areallarının dünyaya
bağlılığının Azərbaycanla əlaqələri
göstərilməklə yanaşı, dilçilik,
fəlsəfi və tarixi baxımdan
başlanğıc təkanının Azərbaycandan
başlanması tarixi faktlarla
irəli sürülür. Digər tərəfdən,
Azərbaycanla bağlı qədim toponimlərin
saxtalaşdırılma amilləri üzə
çıxarılır, qədim tarixi
adların mifoloji-fəlsəfi mənaları özünə
qaytarılır. Kitabda bir
çox toponimlərin dünyanın ilk petroqlifləri olan Qobustan qayaüstü təsvirlərinin
sivil davamı sayılan xalça
işarələri ilə əlaqəsi məntiqi mənalarla
önə çəkilir.
Mədəniyyət.- 2021.- 30 iyun.-
S.6.