Milli Kitabxana Silahlı Qüvvələr Günü ilə bağlı sərgi təqdim edib

 

 

Əsası 1918-ci ilin 26 iyununda qoyulmuş Azərbaycan Ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Ulu öndərin rəhbərliyi altında ölkəmizdə mütəşəkkil ordu quruculuğunun təməli qoyulub.

 

Ordu quruculuğu prosesini layiqincə davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimiz 2020-ci ilin Vətən müharibəsində tarixi Zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi. Bu il Silahlı Qüvvələri Gününü müzəffər Ordumuzun bayramı kimi qeyd edirik.

 

Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Milli Ordumuz ilə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

 

 Mədəniyyət.- 2021.- 30 iyun.- S.7.