Azərbaycan-Latviya mədəni əlaqələri
müzakirə edilib
Azərbaycan və Latviya mədəni əlaqələri qarşılıqlı şəkildə inkişaf etdirmək niyyətindədir. Bu fikir mədəniyyət naziri Anar Kərimovun Latviya Respublikasının ölkəmizdəki səfiri Dainis Qarançs ilə görüşündə vurğulanıb.
İki ölkə arasında mədəni əlaqələrdən söz açan Anar Kərimov bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, o cümlədən Latviya ilə yaradıcı mədəniyyət sənayeləri, habelə kino və musiqi sahələrində işbirliyində maraqlı olduğumuzu bildirib.
Azərbaycan və Latviya arasında imzalanan əməkdaşlıq sənədlərinə toxunan Anar Kərimov bu zəmində layihə yönlü fəaliyyətə üstünlük verilməsinin əhəmiyyətini qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Dainis Qarançs Latviya tərəfinin də sıx əməkdaşlığa hazır olduğunu ifadə edib. Diplomat iki ölkə arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirərək birgə layihələrin bu əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsi, kino sahəsində fəaliyyət göstərən ekspertlərin iştirakı ilə ustad dərslərinin təşkili, filmlərin çəkilməsi və digər sahələrdə təcrübə mübadiləsi və bu prosesə gənclərin, tələbələrin cəlb olunması məsələləri müzakirə edilib.
Söhbət zamanı Azərbaycan
Respublikasının işğaldan azad olunan ərazilərində
Ermənistan tərəfindən dağıdılan tarixi-mədəni
abidələrin, təcavüzkar siyasətə məruz qalan mədəni irsimizin
bərpası ilə bağlı məsələlərə
də toxunulub.
Mədəniyyət.- 2021.- 3 mart.-
S.4.