CSO-nun möhtəşəm musiqi salonu ilə
tanışlıq
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ankarada Cumhurbaşqanlığı Simfonik Orkestrinin (CSO) yeni binası ilə də tanış olub.
Türkiyənin ən böyük musiqi təsisatlarından olan CSO-nun tarixi və fəaliyyəti haqqında məlumat verilib.
Qeyd edək ki,
bu orkestrin tarixi 1826-cı ilə gedib
çıxır. Həmin
il, Osmanlı
Sultanı II. Mahmudun dövründə
İstanbulda Qərb klassik musiqi ifaçılığına uyğun
ilk kollektiv – “Mızıka-ı
Hümayun” adlı orkestr qurulub. Orkestrə
ilk rəhbərliyi İtaliyadan
dəvət olunmuş
bəstəkar, dirijor
Giuseppe Donizetti edib.
1924-cü ildə Türkiyə
Cümhuriyyətinin rəhbəri
Mustafa Kamal Atatürkün
göstərişi ilə
orkestr İstanbuldan Ankaraya köçürülüb. Kollektivə 1932-ci ildə Cumhurbaşqanı
Filarmonik Orkestri (Riyaset-i Cumhur Filarmoni Orkestrası) adı verilib. 1957-ci ildən Cumhurbaşqanlığı
Simfonik Orkestri (CSO) adı altında fəaliyyət göstərir
və Türkiyə Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyindədir.
2020-ci ildə CSO-nun möhtəşəm
musiqi salonu olan yeni binası
istifadəyə verilib.
Ən yüksək akustik imkanlara və müasir texniki təchizata malik 2000 nəfər tamaşaçı
yeri olan böyük konsert salonundan savayı, burada 500 və 650 nəfərlik iki salon da var. CSO-nun nəzdində
musiqi təhsili verən CSO Akademiya, habelə uşaqlar üçün
“CSO Çocuk” proqramı
fəaliyyət göstərir.
Mədəniyyət.- 2021.- 3 mart.-
S.3.