Aşıqlar Birliyi yeni layihəyə başlayıb
Dastan-tamaşalar
hazırlanacaq
Azərbaycan Aşıqlar Birliyi (AAB) klassik aşıq yaradıcılığında mühüm yer tutan dastançılıq ənənəsinin müasir dövrdə yenidən təqdim olunmasına həsr olunmuş layihəyə başlayıb.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihə çərçivəsində dastanların çağdaş aşıqların ifasında sənətsevərlərə yenidən təqdim olunması nəzərdə tutulur. Layihə çərçivəsində hazırlanacaq dastan-tamaşalar “Mədəniyyət” kanalı vasitəsilə geniş auditoriyaya təqdim olunacaq.
Repertuar seçimi zamanı məşhur dastanlarla yanaşı, sənətsevərlərə nisbətən az tanış olan dastanlara da müraciət olunacaq. Hazırda “Xəstə Qasımın Şamaxı səfəri”, “Yetim Aydın”, “Tahir və Zöhrə” və s. dastanların üzərində hazırlıq işləri görülür.
Dastanlarla bağlı repertuar seçimində bir məqam da ondan ibarətdir ki, ədəbiyyat və mədəniyyət tariximizdə özünəməxsus yeri və rolu olan böyük şəxsiyyətlərin yaradıcılığına və onlarla bağlı yaranmış dastanlara da böyük önəm verilir.
“Bu il Aşıq
Ələsgərin anadan
olmasının 200 illiyidir. Bu yubileyin ölkəmizdə
geniş miqyasda qeyd olunması üçün ölkə
başçısı sərəncam
imzalayıb. Layihə
çərçivəsində ilk iş də bu böyük ustada həsr olunub – “Aşıq Ələsgərin Söyüdlü
səfəri” adlı
dastan-rəvayət gənc
aşıqlardan Elbrus Hüseynov
və Şöhrət
Kərimovun ifasında
rəğbətlə qarşılanıb.
Elməddin Məmmədli və
Şəhriyar Qaraxanlının
ifa etdikləri “Hüseyn Bozalqanlının
Tiflis səfəri”, eləcə
də Şirvan aşıqları Elman Talıstanlı
və Babək Şakirlinin söylədikləri
“Abdulla və Cahan” dastanları da uğur qazanıb. Hər üç dastan-rəvayəti
“Mədəniyyət” kanalı
vasitəsilə geniş
tamaşaçı auditoriyası
da seyr edib”,
– deyə Musa Nəbioğlu
bildirib.
Layihə
çərçivəsində tamaşaçılara təqdim
olunacaq dastanlardan biri də bu
il 880 illik
yubileyini qeyd etdiyimiz Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında yaradılmış eyniadlı
dastandır. Həyat və fəaliyyətinin
mühüm hissəsi
Qarabağ xanlığı
ilə bağlı olmuş böyük söz ustadı M.P.Vaqiflə bağlı
“Vaqif” dastanının
da aşıqların
ifasında təqdim olunması planlaşdırılır.
Gələcəkdə bu dastan-tamaşaların paytaxtın mədəniyyət
ocaqlarında təqdimatı
və eləcə də bunların əsasında videoalbom hazırlanması nəzərdə
tutulur.
Mədəniyyət.-2021.- 5 mart.-
S.7.