8 Mart üçün
“Yeddi gözəl”
Beynəlxalq Qadınlar Gününə həsr
olunmuş sərgi
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə martın 8-də saat 20:00-da “Yeddi gözəl” adlı virtual sərgi keçiriləcək.
“Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunan sərgi 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Azərbaycan qadını tarix boyunca müdrikliyi, zəkası ilə seçilib və bu gün də elm, təhsil, mədəniyyət və digər sahələrə verdiyi töhfələrlə ölkə həyatında mühüm rol oynayır.
Sərginin virtual
ekspozisiyasında rəssamların müxtəlif mövzu və janrda əsərləri
nümayiş etdiriləcək.
Mədəniyyət.-2021.- 5 mart.-
S.1.