TÜRKSOY-dakı Nizami
Gəncəvi sərgisində yüzdən çox
kitab təqdim olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-da Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm və kitab sərgilərinin keçirilməsi mühüm bir hadisədir. Bu sərgidə Azərbaycan Milli Kitabxanasının fondundan müxtəlif dillərdə yüzdən artıq nəşr, o cümlədən nadir kitablar nümayiş olunub. TÜRKSOY, hər zaman olduğu kimi, “Nizami Gəncəvi İli” çərçivəsində də tədbirlərin təşkilinə böyük önəm verir.
Bu fikirləri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov deyib.
O, bildirib ki, Prezident
İlham Əliyevin
2021-ci ilin Azərbaycan
Respublikasında “Nizami
Gəncəvi İli”
elan edilməsi haqqında sərəncamının
icrası ilə bağlı bir sıra ölkələrdə
belə tanıtma tədbirləri təşkil
olunacaq.
Milli Kitabxananın direktoru ümidvar olduğunu bildirib ki, ilin
sonuna qədər pandemiya məhdudiyyətləri
aradan qalxacaq və “Nizami Gəncəvi İli”nin yekununda möhtəşəm bir tədbir təşkil olunacaq.
Mədəniyyət.-2021.- 5 mart.-
S.4.