“Mask-Kara” teatrında “Kimdir müqəssir?”
Əbdürrəhim bəy Haqverdiyevin əsəri ilk
dəfə Türkiyə
səhnəsində
Martın 3-də İstanbulda, Maltəpə
Bələdiyyəsinin Türkan
Saylan Mədəniyyət
Mərkəzinin səhnəsində
Azərbaycanın görkəmli
dramaturqu Əbdürrəhim
bəy Haqverdiyevin “Kimdir müqəssir?” tamaşasının premyerası
olub. Səhnə əsəri ədibin
anadan olmasının
150 illiyi münasibətilə
“Mask-Kara” teatrı tərəfindən
hazırlanıb.
Premyeranı mədəniyyət naziri
Anar Kərimov,
TÜRKSOY-un Baş katibi
Düsen Kaseinov, Maltəpə Bələdiyyəsinin
başqanı Əli Kılıç , Mədəniyyət
Nazirliyinin nümayəndə
heyətinin üzvləri,
azərbaycanlı incəsənət
xadimləri, yerli sənətsevərlər izləyiblər.
1994-cü
ildə qurulan
“Mask-Kara” teatrı repertuarında
müxtəlif yerli və əcnəbi müəlliflərin əsərlərinə
yer verir. Ötən müddətdə kollektiv
uşaq tamaşaları
da daxil 50-dək səhnə əsəri hazırlayıb. “Mask-Kara”nın təsisçiliyi
ilə 2007-ci ildən
aylıq “Teatr” qəzeti də nəşr olunur. Teatrın reperuarında ilk dəfə
azərbaycanlı müəllifin
əsəri yer alıb. Müasir teatr estetikasında
hazırlanan “Kimdir müqəssir?” tamaşası
maraqla qarşılanıb.
Tamaşanın yaradıcı heyətinə
TÜRKSOY və Maltəpə
Bələdiyyəsi adından
xatirə hədiyyələri
təqdim edilib.
Premyeradan
sonra TÜRKSOY tərəfindən
nəşr olunan “Teatr almanaxı”nın
5-ci buraxılışının təqdimatı olub. Almanax türk dünyası milli teatrları arasında əlaqələri
inkişaf etdirmək və yaradıcı kollektivlərin repertuarlarını
bir-birinə tanıtmaq
məqsədilə nəşr
olunur.
Mədəniyyət.-2021.- 5 mart.-
S.1.