Rus ədəbiyyatı tarixiAzərbaycan dilində

 

 

Filologiya üzrə elmlər doktoru, Bakı Slavyan Universitetinin (BSU) professoru Telman Cəfərovun (Vəlixanlı) müəllifi tərtibçisi olduğuRus ədəbiyyatı tarixiadlı ali məktəblər üçün dərs vəsaiti (I cild) nəşr olunub.

 

BSU-dan bildirilib ki, “Mütərcim” nəşriyyatında çap olunan kitabda qədim və XVIII əsr rus ədəbiyyatına aid əsas əsərlər təhlil edilir, rus ədəbiyyatında türk-slavyan əlaqələrinin təsvirinə, avrasiyaçılıq ideyalarına xüsusi diqqət yetirilir. Göstərilən dövrlərə aid rus ədəbiyyatından tərcümələrin kifayət qədər olmamasını nəzərə alaraq, professor T.Cəfərov tədris vəsaitinə müxtəlif janrlarda əsərlərin və ya onlardan parçaların tərcümələrini də daxil edib.

 

Vəsaitin müntəxəbat hissəsində təqdim olunan əsərlərin bir qismi (“Kazan tarixi” və V.KaramzininRus dövlətinin tarixi”indən parçalar, A.Kantemir, M.Lomonosov, Q.DerjavinA.Sumarokov yaradıcılığından poetik nümunələr) müəllif tərəfindən dilimizə ilk dəfə tərcümə edilib. Bununla yanaşı, kitaba tanınmış ədəbiyyatşünaslar Abuzər İsmayılov, Rüstəm KamalHüseyn Şərifin tərcümələri daxil edilib.

 

Bakı Slavyan Universitetinin 75 illik yubileyi ərəfəsində nəşr olunan kitabı müəllif müasir Azərbaycan filologiyasının zənginləşməsində, bir neçə nəsil Azərbaycan filoloqlarının hazırlanmasında xüsusi xidmətləri olmuş professorlar Məmməd Tağıyev, Murtuz Sadıxov, Həbib Babayev, Firudin Hüseynov, Bəşir Əhmədovun və dünyasını dəyişmiş digər müəllimlərinin xatirəsinə həsr edib.

 

Rus ədəbiyyatı tarixinin qədim və XVIII əsr dövrühəm də onunla maraqlıdır ki, burada ümumtürk tarixi, türk xalqları və etnoslarının mövcud olduqları tarixi-mədəni areal, onlara məxsus maddi-mədəni irs və dəyərlər, eləcə də Böyük Çöl (Poloves) və Türküstan, tarixi Azərbaycan torpaqları, Səfəvilər dövləti, xanlıqlar, Osmanlı imperiyası ilə bağlı məlumatlar sistemli şəkildə, ədəbi mərhələlər üzrə təqdim olunur. Böyük Avrasiya dövləti kimi Rusiyanın formalaşması və genişlənməsində Çingizxan imperiyasının parçalanması nəticəsində yaranmış xanlıqların, eləcə də Osmanlı imperiyasının rolunu sübut edən ədəbi əsərlərin təhlilinə (“Qaliç-Volın salnaməsi”, “Aleksandr Nevskinin hekayəti”, “Mehmet Sultan hekayəti”, “Kazan tarixi”, səfir povestləri, səyahətnamələr və s.) xüsusi önəm verilir.

 

 

Mədəniyyət.-2021.- 5 mart.- S.7.