Can Azərbaycan”

 

 

Respublika yaradıcılıq müsabiqəsinin vaxtı uzadılıb

 

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə qrafikaakvarel ustaları arasında keçirilən “Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin vaxtı uzadılıb.

 

Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqəyə qatılmaq istəyənlər martın 25-dək müraciət edə bilərlər.

 

Ötən ilin noyabr ayında elan edilən sənət yarışı Vətən müharibəsində tarixi Qələbəyə həsr olunub. Əsər qəbulu 5 martadək nəzərdə tutulmuşdu.

 

Müsabiqənin məqsədi akvarelqrafika texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, rəssamların yaradıcılığında ölkəmizin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadəti, azərbaycançılıq məfkurəsi və milli birliyimizi təsviri sənətdə əks etdirməkdir.

 

Müsabiqədə Azərbaycan və xarici ölkələrdən qrafikaakvarel ustaları iştirak edə bilərlər. Hər iştirakçı ən çox 3 əsərini müsabiqəyə təqdim edə bilər, lakin əsas seçimlərdə sərgidə yalnız bir əsər nümayiş olunacaq.

 

Əsərləri Xətai Sənət Mərkəzinin “Facebookqrupunda (müəllif və əsər haqqında müvafiq  məlumatları qeyd etməklə) onlayn qaydada yerləşdirmək xahiş olunur: https://www.facebook.com/groups/144172178999749/?ref=share

 

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.8.