Mərkəzi İncəsənət Məktəbinin
bayram konsertləri
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə iki musiqili tədbir keçirilib.
Mərkəzi İncəsənət Məktəbində tədris olunan alətlər üzrə l siniflərin iştirakı ilə təşkil olunmuş tədbirdə istedadlı şagirdlərin ifasında rəngarəng musiqi nömrələri təqdim edilib. Şagirdlərin ilk səhnə çıxışı olmasına baxmayaraq, bütün iştirakçılar ifa bacarıqlarını nümayiş etdiriblər.
Müəllimlərin iştirakı ilə təşkil olunmuş “Analara ithaf” adlı konsert isə mükəmməl ifalarla yadda qalıb. Dünyanın əziz varlığı olan analar müəllimlər Mənsurə Quliyeva, Nurlan Cəfərli, Sevinc Kərimova, Nəbi Quliyev, Elnur Məmmədov, Samirə Musayeva, Mətanət Nurullayeva, Zemfira Mir-Qədirova, Fidan Mir-Qədirova, Nərgiz Kərimova və Vəfa Əhmədovanın qəlbindən süzülən musiqi inciləri ilə vəsf olunub.
Pandemiya dövrü ilə əlaqədar olaraq hər iki konsert videotədbir şəklində məktəbin nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Nərgiz Kərimova tərəfindən gözəl tərtibatla təqdim olunub.
Mədəniyyət.- 2021.- 10 mart.-
S.3.