Azərbaycanla Türkiyə arasında kino sahəsində geniş
əməkdaşlıq başlanır
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində kino sənayesi, birgə festivalların təşkili, film və televiziya seriallarının istehsalı məsələləri də diqqət mərkəzində olub. Martın 1-də Ankarada Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüşdə, həmin gün gerçəkləşən Azərbaycan-Türkiyə mədəniyyət üzrə Birgə Komissiyasının (İşçi qrupunun) iclasında bu sahədə əməkdaşlıq imkanları da müzakirə edilib.
Kino sahəsində əməkdaşlıq çərçivəsində bir çox istiqamətlər üzrə qarşılıqlı razılıq əldə olunub:
– Müştərək filmlərin istehsalı və bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi.
– Müştərək serialların istehsalı ilə əlaqədar işlərin aparılması.
– Qarabağ mövzusunda müştərək filmlərin çəkilməsi.
– Müştərək film festivallarının keçirilməsi, həmçinin Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhərində beynəlxalq film festivalının təşkilinə dair işlərin görülməsi.
– Film və serialların distribusiyası və beynəlxalq platformalarda yayımlanmasına dair əməkdaşlığın genişləndirilməsi.
– Hər iki ölkənin dövlət və özəl kino qurumları və kinematoqrafçıları arasında təcrübə mübadiləsi.
– Azərbaycan və Türkiyə Film Komissiyaları arasında əlaqələrin yaradılması və təcrübə mübadiləsinin həyata keçirilməsi.
– Animasiya sahəsində peşəkarlıq səviyyəsinin artırılmasına dair işlərin aparılması.
– Təhsil və tədris layihələrinin təşkili.
– Hər iki ölkənin təşəbbüsü əsasında türkdilli ölkələrin iştirakı ilə beynəlxalq ortaq film fondunun yaradılması istiqamətində müzakirələrin aparılması.
– Hər iki ölkədə uşaqlar və gənclər üçün kino mədəniyyəti ilə bağlı sosial layihələrin təşkili.
***
Mədəniyyət naziri Anar Kərimovun martın 2-də Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşündə də kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, Qafqaz İslam Ordusu, Qarabağ Zəfəri və Xocalı faciəsi haqqında müştərək filmlərin istehsalının vacibliyi vurğulanıb.
Nazirin TRT kanalının rəhbəri İbrahim Erenlə keçirilən görüşündə ortaq layihələrin hazırlanması və həyata keçirilməsi haqqında müzakirələr aparılıb.
***
Film sənayesi sahəsində əməkdaşlığın perspektivləri martın 3-də İstanbulda keçirilən görüşlərdə daha ətraflı müzakirə olunub.
TRT Kino Platosunun rəhbəri Yahya Tayyip Aydeniz ilə bir çox məşhur film və serialların istehsalının həyata keçirildiyi məkan və imkanlarla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 2020-ci ilin dekabrında Türkiyə Radio Televiziya Qurumu (TRT), Konya Böyükşəhər Bələdiyyəsi və Meram Bələdiyyəsi arasında imzalanan protokola əsasən, beynəlxalq kino platosunun (film pavilyonları şəhərciyi) qurulmasına başlanılıb. 35 hektar ərazini əhatə edən və tarixi mövzuda filmlərin çəkilməsinə imkan yaradacaq kino platosunun ilk mərhələsi bu ilin aprelində istifadəyə veriləcək. Layihənin ümumilikdə 2023-cü ildə tamamlanması nəzərdə tutulur.
Nazir Anar Kərimovun “Netflix Türkiye” platformasının idarə heyətinin sədri Mithat Özbek ilə görüşündə beynəlxalq arenaya çıxmaq üçün Azərbaycanda yüksək potensiallı hekayə (ssenari) mövzularının, habelə istedadlı kinematoqrafçıların olduğu vurğulanıb. Əvvəlki illərdə çəkilmiş Azərbaycan filmlərinin platforma üzərindən yayımı ilə bağlı müzakirələr də aparılıb.
Martın 3-də İstanbul Kino Muzeyində mədəniyyət naziri Anar Kərimovun və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircanın iştirakı ilı keçirilən görüşə Türkiyədə fəaliyyət göstərən kino istehsalı, distribusiya və media şirkətlərinin rəhbərləri qatılıb:
“Tims B Yapım” / “Tesiyap” – Timur Savcı
“Tims B yapım” – Burak Sağyaşar
“Sinegraf” – Osman Sınav
“Bozdağ Yapım” – Mehmet Bozdağ
“Akli Film” – Emre Konuk
“TESİYAP”
– Burhan Gün
“Med Yapım” – Fatih Aksoy
“Süreç Film” – Ali Gündoğdu
“Gold Yapım” – Faruk Turgut
“o3 Medya” – Saner Ayar
“Fokus Film” – Nilgün Sağyaşar
“Avşar Yapım” – Şükrü Avşar
“NTC Yapım” – Mehmet Yiğit Alp
“TMC Yapım” – Erol Avcı
“İntermedya” – Can Okan
“1441 Yapım” – İrfan Şahin
“Boyut Film” – Murat Tokat
“Tükenmez Kalem” – Gani Müjde
“Skala Medya” – İsmail Bayazıt və Canan Ekici
“Haliç Medya İletişim A.Ş.” –Enis
Güven
“Koru Medya” – Furkan Kaya
“Radadan Hayat Film” – Fatih Özcan
Qeyd edək
ki, kino sahəsində Türkiyə
ilə əməkdaşlıq
və birgə fəaliyyət müştərək
filmlərin ərsəyə
gətirilməsi məqsədi
daşıyır və
təcrübə mübadiləsinin
həyata keçirilməsinə
xidmət edir.
Görüşdə kino qurumlarının cari ildə nəzərdə tutulacaq
film layihələrində prioritet
mövzuların Azərbaycanla
müştərək olacağı
qeyd edilib və bu təşəbbüsün
iki ölkə arasında əlaqələri
daha da gücləndirəcəyinə
əminlik ifadə olunub.
Nazir Anar Kərimov Vətən müharibəsində döyüşən
qəhrəman əsgər
və zabitlər haqqında yüksək səviyyəli bir film çəkmək üçün
qardaş ölkənin
kino şirkətləri
ilə birgə çalışmaq niyyətində
olduğumuzu bildirib, Türkiyənin bu sahədəki təcrübəsinin
Azərbaycanda tətbiqinin
nəzərdə tutulduğunu
qeyd edib.
Anar Kərimovun rəhbərliyi
ilə nümayəndə
heyətinin üzvlərinin
Türkiyənin mədəniyyət
və turizm nazirinin müavini Əhməd Misbah Demircan, Türkiyə Mədəniyyət və
Turizm Nazirinin Kino Müdiriyyətin direktoru Erkin Yılmaz, direktor müavini Kemal Uysal ilə
baş tutan yekun görüşündə
imzalanan sənədlər
və müzakirə edilən məsələlər
barədə hər iki ölkə tərəfindən ən
qısa zamanda əməli və məqsədyönlü addımların
atılacağı bildirilib.
Mədəniyyət.- 2021.- 10 mart.-
S.3.