Nizaminin 880 illiyinə həsr olunan konfranslara tezis və məqalə qəbulu
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən “Nizami Gəncəvi irsi dünya elmi-nəzəri fikrində” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək. Konfrans dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr ediləcək.
Universitetdən bildirilib ki, mayın 14-də keçirilməsi nəzərdə tutulan konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn təşkil olunacaq.
İştirak etmək istəyənlər tezislərini aprelin 5-dək metodshura@gmail.com elektron poçtuna göndərə bilərlər. Konfransa sənətşünaslıq (muzeyşünaslıq), musiqi sənəti, kino, televiziya və digər ekran sənətləri, teatr sənəti, təsviri sənət, fəlsəfə, ilahiyyat və psixologiya bölmələri üzrə tezislər qəbul edilir. Konfrans muzeyşünaslıq, arxiv və abidələrin qorunması, kinoşünaslıq, mədəniyyət tarixi və nəzəriyyəsi, sosial iş, turizm və kitabxana, təsviri incəsənət tarixi və nəzəriyyəsi, musiqişünaslıq, teatrşünaslıq, rejissorluq istiqamətlərini əhatə edir.
***
Azərbaycan İlahiyyat İnstitutu isə mayın 21-də “Dini-irfani və fəlsəfi kontekstdə Nizami Gəncəvi yaradıcılığı” mövzusunda elmi konfrans təşkil edəcək.
Konfrans Nizami
yaradıcılığında dini-fəlsəfi motivlər, irfani düşüncə tərzi və “ədalət”
konsepsiyası, islami dəyərlər,
peyğəmbərin mədhi və nət ənənəsi,
“Xəmsə”də minacat, habelə multikultural və tolerant dəyərlər,
humanizm ideyaları, Nizami
Gəncəvi qəhrəmanlarının dini
mənsubiyyəti, şairin əsərlərində
insan haqlarının təbliği,
nizamişünaslığın aktual
problemləri və digər bu kimi mövzuları əhatə edəcək.
Mədəniyyət.- 2021.- 10 mart.-
S.4.