Tarix Muzeyinin yeni saytının təqdimatı
Milli Azərbaycan
Tarixi Muzeyinin yeni rəsmi internet səhifəsinin təqdimatı
olub. Muzeyin direktoru, akademik
Nailə Vəlixanlı
vurğulayıb ki, saytın yeni dizaynı istifadəçilərə
təqdim olunan məlumatların daha rahat əldə olunması üçün
imkanlar yaradır.
Bildirilib
ki, saytın strukturu təkmilləşdirilib,
yeni funksional bölmələr əlavə
edilib.
Saytın əsas səhifəsi “Ziyarətini planlaşdır”
bölməsi ilə başlayır. Burada muzeyin iş saatları, ekspozisiyaya giriş bileti, xidmətlərin qiyməti
və ziyarət qaydaları yer alır.
Muzeydə keçirilməsi planlaşdırılan
sərgilər, tədbirlər
və mühazirələr
haqqında elanlar “Təqvim” bölməsində
əksini tapacaq.
“Xəbərlər” bölməsində
muzeyin fəaliyyətində
baş verən yeniliklər, tarixçi alimlərin çap olunmuş elmi əsərləri, həmçinin
muzey əməkdaşlarının
iştirak etdikləri
beynəlxalq tədbirlər,
beynəlxalq konfranslar
və digər maraqlı məlumatlarla tanış olmaq mümkündür.
Muzeydə fəaliyyət göstərən klublar, layihələr, onlayn
mühazirələr “Bizimlə öyrən” bölməsində
yer alır.
Mədəniyyət.- 2021.- 10 mart.-
S.4.