Heydər Əliyev Sarayı qazilərin iştirakı ilə videoçarx hazırlayıb

 

Heydər Əliyev Sarayı 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “İncə varlıq” adlı sosial videoçarx hazırlayıb.

 

Layihədə 44 günlük Vətən müharibəsinin qazilərindən Ülvi Qədir, Beyrək Quliyev, Pərvin Qasımov və Hikmət Məmmədov öz analarının timsalında Azərbaycan üçün layiqli övladlar böyüdən əsgər analarını, şəhid analarını və bütün Azərbaycan xanımlarını təbrik ediblər.

 

“İncə varlıq” sosial videoçarxı Heydər Əliyev Sarayının sosial media hesablarında yerləşdirilib, həmçinin telekanallar vasitəsilə yayımlanıb.

 

Mədəniyyət.- 2021.- 10 mart.- S.4.