“Astana Grand Festival”ın daha bir qalibi
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsinin
Rəşid Behbudov adına 2 nömrəli 11
illik Musiqi məktəbinin şagirdi
Ülvi Hüseynzadə
Qazaxıstanın Nur-Sultan
şəhərində keçirilən
“Astana Grand Festival” VII Beynəlxalq incəsənət müsabiqəsində
instrumental ifaçılıq (tar, 11-13 yaş kateqoriyası) nominasiyasında I yeri qazanıb.
O, onlayn formatda qatıldığı müsabiqədə
Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baletindən fraqmenti tarda məharətlə ifa edib.
İndiyədək bir sıra respublika və beynəlxalq miqyaslı müsabiqələrdə uğur
qazanan ifaçı bildirib ki, onu
bu uğura həm də doğmalarının, müəllimlərinin,
dostlarının dəstəyi,
fikirləri motivasiya edib: “İndiyə qədər qazandığım
uğurlar da məni
ruhlandırır. Artıq qarşıma daha
böyük hədəflər
qoya bilirəm”.
Qeyd edək ki, onlayn formatda keçirilən “Astana Grand Festival” VII Beynəlxalq incəsənət müsabiqəsinə əksər keçmiş sovet respublikaları qatılıb. Azərbaycan təmsilçiləri müsabiqədə müxtəlif nominasiyalar üzrə nailiyyət qazanıb.
Lalə AZƏRİ
Mədəniyyət.- 2021.- 12 mart.-
S.3.