Neçə ulduzdur?
Azərbaycanda hotellərin təsnifatına
başlanılıb
Martın 11-də Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən ulduz təsnifatı üçün müraciət edən hotellərdə qiymətləndirmə keçirilib.
Bu məqsədlə paytaxtın bir neçə hotelinə mediatur təşkil edilib, onların ulduzlaşmaya görə təyin edilən standartlara uyğunluğu yoxlanılıb və hotellərə baxış keçirilib. Mediatur çərçivəsində jurnalistlər üçün mətbuat konfransı təşkil edilib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ulduz təsnifatının hotelçiliyin inkişafı üçün mühüm amil olduğunu və bu addımın ölkənin qonaqpərvərlik sənayesinə müsbət təsir edəcəyinə, eləcə də turistlərə daha keyfiyyətli xidmətlərin göstərilməsinə şərait yaradacağını deyib.
“Əsas məqsədimiz üç istiqamət üzrə yönəlib. Birincisi, hotellərin təbliğatı, ikincisi, keyfiyyəti artırmaq və üçüncüsü, rəqabətqabiliyyətliliyi artırmaqdır”, – deyə Florian Zenqstşmid vurğulayıb.
Azərbaycan Hotel
Assosiasiyasının baş
icraçı katibi Günay
Sağlam Milli Hotel Ulduz Təsnifat Sisteminin Avropa Mehmanxanalar Assosiasiyasının – “Hotelstars Union”un təsnifat meyarları əsasında
hazırlandığını deyib. O, indiyədək
40 hotelin müraciət
etdiyini, 24 hoteldə auditin keçirildiyini qeyd edib. Baş icrası
katib hotellərə ulduz təsnifatının
3 illik verildiyini, bu müddət başa çatdıqdan sonra yenidən yoxlamaların aparılacağını
bildirib.
Günay Sağlam assosiasiya tərəfindən pandemiya
müddətində karantin
üçün istifadə
olunan hotellərə milli hotel ulduz təsnifatının ödənişsiz
edildiyini bildirib. Ümumilikdə
isə hotellərə
ulduz verilməsinə
görə rüsum
800 manatdan başlayır.
Bildirilib ki, indiyədək müraciət etmiş hotellərə ulduzların
verilməsi aprel ayında aparılan qiymətləndirmə nəticəsinə
və komissiyanın rəyinə əsasən
həyata keçiriləcək
və onlara uyğunluq sertifikatı və lövhə təqdim ediləcək.
Mətbuat konfransında məlumat verilib ki, bu
ilin yanvar-fevral aylarında Azərbaycana təxminən 72 min xarici vətəndaş gəlib.
Dövlət Turizm Agentliyinin
Media və ictimaiyyətlə
əlaqələr sektorunun
müdiri Kənan Quluzadənin sözlərinə
görə, onlardan 36
mini yanvarda, 36 mini isə
fevralda gəlib. Bu, ötən ilin
müvafiq dövrü
ilə müqayisədə
83 faiz azdır. “Hazırda xarici
ölkələrə gediş-gəliş
var, bunun üçün xüsusi
reyslər var. Amma bu o demək deyil ki, bu,
turizm vəziyyəti kimi dəyərləndirilə
bilər. İlin ikinci
yarısı ilə bağlı ümidlərimiz
var”, – deyə o bildirib.
Mədəniyyət.- 2021.- 12 mart.-
S.3.