Teatrların açılması ilə
bağlı müzakirələr davam etdirilir
Teatrların açılması ilə bağlı müzakirələr davam etdirilir. Pandemiya ilə bağlı dinamika hər zaman nəzərdən keçirilir.
Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. “Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr aparılır, təbii ki, burada Mədəniyyət Nazirliyinin rəyi də nəzərə alınır. Dinamika aşağı düşdüyü zaman teatrları açacağıq. Ümid edirik ki, teatrlarımız mövsümün sonuna kimi açılacaq”, – deyə nazir vurğulayıb.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının yayılması ilə bağlı qəbul etdiyi qərara uyğun olaraq ölkədə teatrların və konsert salonlarının fəaliyyəti 2020-ci il martın 7-dən dayandırılıb.
Anar Kərimov Mədəniyyət
Nazirliyi nümayəndə heyətinin bu günlərdə Türkiyəyə səfəri
zamanı qardaş ölkənin film istehsalı ilə məşğul olan şirkətləri ilə
görüşlər barədə sualı
cavablandırıb. Türkiyəli mütəxəssislərlə
çəkiləcək filmlərin Vətən müharibəsindən,
Xocalı soyqırımından və digər tarixi
hadisələrdən bəhs edəcəyini vurğulayıb:
“Filmlərin birgə çəkilməsi o
deməkdir ki, çəkilişlərdə
Azərbaycan tərəfindən həm aktyorlar,
həm də rejissorlar iştirak
edəcəklər. Amma filmlərin
hansı formatda çəkiləcəyi və
rejissorların kimliyi barədə
danışmaq hələ tezdir. Layihələr
çoxdur. Biz
onların hamısını nəzərdən keçirib, ən optimalını seçəcəyik”.
Mədəniyyət.- 2021.- 12 mart.-
S.3.