“Tamaşaçılarımızdan ötrü çox
darıxmışıq”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 10 mart – Milli Teatr Günü münasibətilə teatrsevərləri videoçarx vasitəsilə təbrik edib.
Milli peşəkar teatrımızın yaranmasının 148-ci ildönümü ilə bağlı təqdim edilən videoçarxda Azərbaycan teatrının tanınmış simaları yer alıb. Kompozisiyanı Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov və teatrın operator-montajçısı Hikmət Şahverdizadə hazırlayıblar.
Layihənin ideya müəllifi,
teatrın direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev
teatrsevərlərin bu dəfə fərqli
məkanda və fərqli formada
qarşılanmasının səbəblərini belə
açıqlayıb: “Artıq bir ildir sevimli səhnəmizdən
ayrı düşmüşük. Bütün bunlara baxmayaraq, ümidlə hər şeyin
öz əvvəlki axarına düşəcəyi
günləri gözləyirik. Bir ildir onlayn fəaliyyət
göstəririk, sosial şəbəkə
hesablarımızda tamaşalarımız nümayiş
olunur. Etiraf edək ki, tamaşaçılarımızdan ötrü çox
darıxmışıq. Müasir
texnologiyanın tələblərinə nə qədər cavab verməyə çalışsaq da, canlı ünsiyyətin, canlı sənətimizin
yerini heç nə vermir. Hələlik sevimli
tamaşaçılarımızı teatrlarımızda
qarşılaya bilməsək də, Milli
Teatr Günü
münasibətilə onları da təbrik
edirik və “tezliklə görüşənədək!”
deyirik”.
Mədəniyyət.- 2021.- 12 mart.-
S.3.