Tanınmış rəssam, qayğıkeş pedaqoq

 

 

Tanınmış rəssam-pedaqoq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) dosenti Salar Məmmədov martın 9-da, 81 yaşında vəfat edib.

 

Dekorativ-tətbiqi sənətin görkəmli nümayəndələrindən  olan Salar Məmmədov qobelenbatika janrı üzrə əsərləri ilə daha çox tanınırdı. Rəssamlıq üzrə təhsilini Leninqradda (Sankt-Peterburq) alan Salar Məmmədov 1966-cı ildə təhsilini başa vurub Bakıya qayıdıb. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Sonra pedaqoji fəaliyyətini ADRA-da davam etdirib. 1980-1992-ci illərdə həmçinin Azərbaycan Rəssamlar İttifaqında çalışıb.

 

Sənətkar portret rəssamı kimi də şöhrət qazanmışdı. Onun yaratdığı əsərlər sırasında Hacı Zeynalabdin Tağıyev, Atatürk, Babək, Cavanşir, Şah İsmayıl Xətai, Nizamibaşqa görkəmli şəxsiyyətlərin portretləri var. Rəssamın əsərləri respublikamızda, həmçinin Rusiyada, ABŞ-da, İngiltərədə, Çexiyada, Polşadas. ölkələrdə şəxsi arxivlərdə saxlanılmaqla yanaşı, 5 əsəri Moskvada Sərgilər Direktorluğunun fondunda qorunur.

 

Salar Məmmədov istedadlı rəssam olmaqla yanaşı, həm də qayğıkeş pedaqoq idi. Bir neçə metodik vəsaitin müəllifidir. Təvazökarlığı, sadəliyi və işgüzarlığı ilə təkcə həmkarları arasında deyil, tələbələri arasında da yüksək hörmət qazanmışdı.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.5.