Milli Teatr Gününə həsr olunmuş virtual sərgi

 

 

Əsası 1873-cü ilin 10 martında M.F.AxundzadəninLənkəran xanının vəzirikomediyasının tamaşası ilə qoyulmuş Azərbaycan milli peşəkar teatrı keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapıb.

 

Milli teatr sənətinin kökləri xalqın məişəti, mədəni irsi, şənlik toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Azərbaycan peşəkar teatrının inkişaf etməsində böyük xidmətləri olmuş sənətkarlar nəslinin formalaşması xalqın ictimai şüurunun, mədəni dünyagörüşünün yüksəlməsində müstəsna rol oynayıb.

 

Azərbaycan Prezidentinin 1 mart 2013-cü il tarixliMilli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamı ilə hər il martın 10-u ölkəmizdəMilli Teatr Günükimi qeyd olunur.

 

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “10 mart – Milli Teatr Günüadlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab məqalələr nümayiş olunur.

 

 

Mədəniyyət.- 2021.- 12 mart.- S.7.