Azərbaycan ilə İordaniya
arasında mədəni əlaqələr müzakirə edilib
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 11-də İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşeh ilə görüşüb.
Səfiri salamlayan nazir Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin bir çox sahələrdə uğurlu inkişafını qeyd edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsinə təsir etdiyini bildirib.
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyətinin yanvar ayında ölkəmizə səfəri və işğaldan azad olunmuş əraziləri ziyarət etməsi barədə söz açan Anar Kərimov vurğulayıb ki, nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi-mədəni və dini irsinin necə məhv edildiyinin şahidi olub.
Səmimi qəbula görə təşəkkürünü bildirən İordaniya səfiri iki ölkə arasındakı mədəni əlaqələri yüksək qiymətləndirərək bu əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrimiz
arasında qarşılıqlı mədəniyyət
günlərinin və birgə sərgilərin təşkili,
əməkdaşlığın gələcək perspektivləri,
təcrübə mübadiləsi, həmçinin həyata
keçiriləcək birgə layihələr ətrafında
müzakirələr aparılıb.
Mədəniyyət.- 2021.- 17 mart.-
S.4.