Novruz, Çuncie, Maslenitsayaz bayramları birgə qeyd olunub

 

Çinin paytaxtı Pekində Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, TacikistanBelarus səfirliklərinin birgə təşkilatçılığı ilə müxtəlif xalqların yaz bayramına həsr olunan tədbir keçirilib.

 

Mərasimdə çıxış edənlər Azərbaycan və Mərkəzi Asiya xalqlarının Novruz, çinlilərin Çuncie, slavyan xalqlarının Maslenitsa bayramının yazın gəlişini, təbiətin, torpağın oyanışını ehtiva etdiyini vurğulayıblar. Böyük bir coğrafi ərazidə yaşayan xalqların qeyd etdiyi bu ənənəvi bayramlar həm də həmrəyliyi, sülhü, dostluğu tərənnüm edir.

 

Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, Novruz bayramı ölkəmizdə yüz illərdir böyük coşqu ilə qeyd olunur, müstəqillik illərində isə bu bayram dövlət səviyyəsində daha təmtəraqla keçirilir. Diqqətə çatdırılıb ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib, BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq isə 21 mart tarixi Beynəlxalq Novruz Günü kimi qeyd edilir.

 

Tədbirdə Novruz, ÇuncieMaslenitsa bayramlarına dair videoçarxlar nümayiş olunub.

 

Mərasim iştirakçıları ölkələrin stendləri ilə tanış olublar. Azərbaycan stendində xalqımızın zəngin mədəniyyətinə, musiqisinə, o cümlədən Novruz ənənələrinə dair nəşrlər, milli suvenirlər, əl işləri, ölkəmizin istehsalı olan məhsullar nümayiş olunub. İştirakçı ölkələrin milli yeməklərindən ibarət xüsusi guşədə təqdim olunan Azərbaycan mətbəxinin təamları, o cümlədən xan-plov kabab, dolma, Novruz şirniyyatları böyük maraq səbəb olub.

 

Tədbirdə müxtəlif xalqların musiqi nömrələri, o cümlədən Azərbaycanın “Nəlbəki” rəqsi ifa olunub.

 

Mədəniyyət.- 2021.- 17 mart.- S.8.