“Azərxalça” ASC-yə yeni sədr təyinatı
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə yeni təyinat olub. Prezident İlham Əliyevin martın 18-də imzaladığı sərəncamla Əməkdar incəsənət xadimi Emin Səlhab oğlu Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilib.
“Azərxalça” ASC-nin əvvəlki
sədri Vidadi Muradov
yanvarın 10-da vəzifəsindən azad edilmişdi.
Mədəniyyət.- 2021.- 19 mart.-
S.2.