Beynəlxalq simpozium keçirilib
Türkdilli
dövlətlərin müstəqilliyinin 30-cu
ildönümü və Türkiyənin Dövlət Himni –
İstiqlal Marşının 100 illiyinə həsr olunmuş
“Türk dünyasının dünəni, bu günü və
gələcəyi “ adlı simpozium keçirilib.
Qırğız-Türk
Manas Universiteti və Türkdilli Ölkələrin Parlament
Assambleyası (TÜRKPA) tərəfindən martın 17-də
Bişkekdə təşkil edilən simpozium eyni zamanda onlayn
formatda yayımlanıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tədbirə videoformat vasitəsilə qatılıb. O, tədbirin əhəmiyyətindən bəhs edib, beynəlxalq türkdilli əməkdaşlıq təşkilatlarının türk dünyasının həmrəyliyinin bariz nümunəsi olduğunu bildirib. Günay Əfəndiyeva türkdilli xalqların tarixinin, mədəniyyətinin araşdırılması, qorunması və təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi layihələrdən söz açaraq, birgə işlərin görülməsinin vacibliyini qeyd edib.
Konfransda türkdilli
ölkələr arasında mədəni əlaqələrin
daha da inkişaf
etdirilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb.
Mədəniyyət.- 2021.- 19 mart.-
S.4.