“Can Azərbaycan”a
əsər qəbulu martın 25-də yekunlaşır
Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi,
Azərbaycan Dövlət
Rəsm Qalereyası,
“İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq
Suluboya Cəmiyyətinin
Azərbaycandakı nümayəndəliyi)
və Xətai Sənət Mərkəzinin
təşkilatçılığı ilə qrafika və akvarel ustaları arasında keçirilən “Can Azərbaycan”
Respublika yaradıcılıq
müsabiqəsi davam edir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, müsabiqəyə qatılmaq
istəyənlər martın
25-dək müraciət edə
bilərlər.
Ötən ilin noyabr ayında
elan edilən sənət yarışı
Vətən müharibəsində
tarixi Qələbəyə
həsr olunub. Müsabiqənin məqsədi akvarel və qrafika texnikası ilə çəkilmiş əsərlərə
marağı artırmaq,
rəssamların yaradıcılığında
ölkəmizin tərənnümü,
Azərbaycan Ordusunun Vətən müharibəsində
göstərdiyi rəşadəti
və milli birliyimizi təsviri sənətdə əks etdirməkdir.
Hər iştirakçı
ən çox 3 əsərini müsabiqəyə
təqdim edə bilər. Əsərləri Xətai
Sənət Mərkəzinin
“Facebook” qrupunda (müəllif və əsər haqqında müvafiq məlumatları
qeyd etməklə) onlayn qaydada yerləşdirmək xahiş
olunur.
Mədəniyyət.- 2021.- 19 mart.-
S.3.