“İmperator” Dərbəndə
gedib
Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin “İmperator” pyesi Dərbənd Dövlət Azərbaycan Dram Teatrında tamaşaya hazırlanır.
Tamaşaya Kaysin Kuliyev adına Balkar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi və dövlət mükafatı laureatı Maqomed Atmurzayev quruluş verir. Rolları Hörmət Aslanov, Sərxan Səmədov və Tamilla Mehrabova ifa edirlər.
Tamaşanın bu ilin mayında premyerasının olacağı gözlənilir.
Bu barədə teatrın direktoru, Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov məlumat verib.
Qeyd edək ki,
“İmperator” pyesinə ölkəmizdə
bir neçə dəfə müxtəlif
rejissorlar tərəfindən quruluş verilib, tamaşa İsveçdə həmvətənlərimiz
üçün də nümayiş
etdirilib.
Mədəniyyət.- 2021.- 19 mart.-
S.3.