Zülm ilə bu dünyanı almaq deyildir mümkün...

 

 

Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə bütün zamanların ən humanist, ümumbəşəri idealları parlaq bədii əksini tapıb.

 

“Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz xəzinə olan ədəbi irsinin təbliği, tədqiq edilməsi və öyrənilməsi üçün yeni zəmindir.

 

“Nizami sözündən incilər”də dahi şairin möhtəşəm beşliyindən növbəti seçmələri təqdim edirik.

 

Yamanlıq etməkdən uzaq ol, uzaq,

Pisliyin əvəzi pislik olacaq.

 

XosrovŞirin”)

 

Dünyada çox ləziz, şirin meyvələr

Pis gözə uğrasa torpağa düşər.

 

Leyli Məcnun”)

 

Bir dost ki dost ilə hey nifaq eylər,

O, demək düşmənlə ittifaq eylər.

 

Yeddi gözəl”)

 

Haqq sözü eşitmək istəməyənlər,

Ağlını itirib öləcək hədər.

 

İsgəndərnamə” – “İqbalnamə”)

 

Özünə ölüncə özün ol qonaq,

Ağac ol, özündən doğur qol-budaq.

 

İsgəndərnamə” – “Şərəfnamə”)

 

Zülm ilə bu dünyanı almaq deyildir mümkün,

Ancaq ədalət ilə alarsan hər bir mülkü.

Söylə, ədalətsiz sənə fayda verər?

İnsafsız görülən ömrünü bada verər.

Ədl əqli şad edən muştuluqçudur, inan,

Ədlin gücü ölkəni abad edər hər zaman.

 

(“Sirlər xəzinəsi”)

 

Mədəniyyət.- 2021.- 19 mart.- S.6.