Şagirdlər “Bahar musiqisi” müsabiqəsində uğur
qazanıblar
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səid Rüstəmov adına 13 nömrəli Musiqi məktəbinin şagirdləri Qazaxıstanın paytaxtı Nur-Sultanda onlayn formatda keçirilən “Bahar musiqisi” VIII Beynəlxalq incəsənət müsabiqəsində iştirak ediblər.
İdarədən bildirilib ki, musiqi məktəbinin şagirdləri – “Fortepiano” nominasiyasında 8-10 yaş kateqoriyası üzrə Zəhra Quliyeva I dərəcəli diplom və laureat adına, 7 yaşa qədər kateqoriya üzrə Emin Nəsibli II dərəcəli və 14-16 yaş kateqoriyası üzrə Ayla Əliyeva II dərəcəli diploma layiq görülüblər.
Məktəbin müəllimləri Könül Nəsirova, Rəna Məmmədova,
Zeynəb Həmidova musiqi sahəsində estetik inkişafa töhfə
verdiklərinə və iştirakçıları müsabiqəyə
hazırladıqlarına görə təşəkkürnamə
ilə təltif olunublar.
Mədəniyyət.- 2021.- 31 mart.-
S.5.