Yaradıcı sənayedə
boyaçılıq sənətinin əhəmiyyəti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Mədəniyyət: problemlər və perspektivlər” adlı doktorant və gənc tədqiqatçıların XIV Beynəlxalq elmi konfransı keçirilib. Ölkəmizin Vətən müharibəsində əldə etdiyi Qələbəyə həsr olunmuş konfrans onlayn formatda gerçəkləşib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova giriş sözündə gənc tədqiqatçılara uğurlar arzulayıb.
Konfrans iki gün (11-12 mart) ərzində bölmə iclasları ilə davam edib. “Sənətşünaslıq”, “Turizm”, “Muzeyşünaslıq”, “Musiqi sənəti”, “Kino, televiziya və digər ekran sənətləri”, “Teatr sənəti”, “Təsviri sənət”, “Fəlsəfə və psixologiya” bölmələrinin iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri dinlənilib.
Azərbaycan Dövlət Rəsm
Qalereyasının əməkdaşı Nərgiz Əsgərova
“Azərbaycan yaradıcı sənayesində
boyaçılıq sənətinin əhəmiyyəti”
adlı məruzə ilə çıxış edib. Tədqiqat işi Azərbaycan
tətbiqi sənətinin, xüsusilə
xalçaçılığın ayrılmaz hissəsi olan boyaqçılıq sənətinin tarixini əhatə edir. Məruzədə
ənənəvi boyaqçılıq sənəti,
boyaqçılar, boyaq bitkiləri,
boyaqçılıq sənətinin yaradıcı sənayenin
bir hissəsi kimi
formalaşmasının əhəmiyyətindən bəhs edilib.
Mədəniyyət.- 2021.- 31 mart.-
S.4.