“Nizami Gəncəvinin
əlyazmaları dünya
kitabxanalarında”
Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” mövzusunda videokonfrans keçirib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış nitqində Prezident İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyi münasibətilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin mühüm mədəni əhəmiyyət daşıdığını vurğulayıb.
“Nizami Gəncəvi
İli”ndə Milli Kitabxananın da iştirakı ilə bir
sıra layihələrin
reallaşdırılacağını deyən direktor mart ayının əvvəlində
Türkiyənin Ankara və İstanbul şəhərlərində kitab sərgilərinin təşkil olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Milli Kitabxana tərəfindən
2012-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasından Nizami Gəncəvinin
biblioqrafiyası nəşr edilib. Bu ilin sonuna kimi
daha bir fundamental biblioqrafiya çap olunacaq.
Kərim
Tahirov daha sonra Mədəniyyət Nazirliyi və Milli Kitabxananın Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin
Vətənə qayıdışı”
layihəsi barədə
məlumat verib. Bildirib ki, son iki ildə bu
layihə çərçivəsində
dünyanın milli kitabxana və muzeylərində mühafizə
edilən 58 əlyazmanın
surəti Milli Kitabxanaya gətirilib və onların içərisində dahi Nizaminin əsərlərinin
əlyazmaları da
var. Milli Kitabxana bu işi “Nizami
Gəncəvi İli”
çərçivəsində də davam etdirir.
Hazırda Çexiya,
Rumıniya, Misir, Rusiya, Türkiyə, Bosniya və Hersoqovina, İran və digər ölkələrin milli kitabxanalarında olan əlyazmaların elektron nüsxələrinin Azərbaycana
gətirilməsi istiqamətində
addımlar atılır.
Videokonfransda çıxış edən
Türkiyənin Kastamonu
Universitetinin professoru Vüsalə Musalı Milli Kitabxana tərəfindən tərtib
olunan biblioqrafiyaları
yüksək dəyərləndirərək,
onların tədqiqatçılar
üçün mühüm
informasiya mənbəyi
olduğunu bildirib. O, öz
axtarışları nəticəsində
dünyanın müxtəlif
kitabxanalarından nüsxələrini
əldə etdiyi əlyazmalar barədə məlumatları bölüşərək,
Nizami əlyazmalarının
Mançestr nüsxəsini
Milli Kitabxanaya elektron versiyada göndərəcəyini bildirib.
BDU-nun Kitabxanaçılıq-informasiya
fakültəsinin dekan
vəzifəsini icra edən dosent Ələmdar Cabbarlı universitetdə Nizami Gəncəviyə həsr
olunan tədbirlərdən
söz açıb. O, Nizami
ilə bağlı həm fundamental biblioqrafiyanın
tərtibi, həm də dünya kitabxanalarında saxlanılan
əlyazmalarının ölkəmizə
gətirilməsini ədəbiyyatımıza
və mədəniyyətimizə
təqdirəlayiq xidmət
olduğunu qeyd edib.
Tədbirin sonunda
professor Kərim Tahirov
çıxış edərək Nizami əlyazmalarının
əldə olunmasına göstərdiyi təmənnasız
köməyinə görə Milli
Kitabxananın kollektivi və oxucuları
adından Vüsalə Musalıya
təşəkkürünü bildirib
və xaricdə yaşayan ziyalı həmvətənlərimizi
bu xeyirxah işə
qoşulmağa çağırıb.
Mədəniyyət.- 2021.- 31 mart.-
S.4.