Mədəniyyət Nazirliyi
sistemində kadr təyinatları
Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Bəxtiyar Qılıncov 1974-cü ildə
anadan olub. Bakı Əmtəəşünaslıq
Kommersiya İnstitutunda
bakalavr, Bakı Dövlət Universitetində
magistr pilləsi üzrə təhsil alıb. 1999-cu ildən Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında
statistika üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
2001-2018-ci illərdə Gənclər, İdman və Turizm, Mədəniyyət və
Turizm nazirliklərində
müxtəlif vəzifələrdə
çalışıb. 2018-ci ildən son təyinatadək Mədəniyyət
Nazirliyinin Regional siyasət
şöbəsində işləyib.
İqtisad üzrə fəlsəfə
doktorudur. 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə
görə” medalı
ilə təltif olunub.
***
Nazir Anar Kərimovun digər əmrinə əsasən,
Şahin Yusif oğlu Şahbazov Lənkəran Regional Mədəniyyət
İdarəsinin rəisi
təyin olunub.
Şahin Şahbazov 1984-cü ildə
anadan olub. Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
bakalavr pilləsini (“Muzey işi və abidələrin mühafizəsi” ixtisası),
Bakı Dövlət Universitetinin magistr pilləsini (Tarix fakültəsi) fərqlənmə
diplomları ilə bitirib. Əmək fəaliyyətinə 2004-cü
ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb.
2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində
müxtəlif vəzifələrdə
çalışıb. Son təyinatadək Muzeylərlə
iş sektorunda baş məsləhətçi
işləyib. 2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub. 2019-cu ildən həmçinin
Xəzər Universitetində
pedaqoji fəaliyyət
göstərib. Beynəlxalq Muzeylər
Şurasının (İCOM) üzvüdür.
Mədəniyyət.- 2021.- 5 may.-
S.4.