“Qobustan
abidələri” adlı
esse müsabiqəsi
Qobustan Milli Tarix-Bədii Qoruğu 18 may – Beynəlxalq
Muzeylər Günü
ilə əlaqədar
məktəblilər arasında
“Qobustan abidələri”
mövzusunda esse müsabiqəsi elan edib.
Qobustan Milli Tarix- Bədii Qoruğundan bildirilib ki, müsabiqədə bütün yaş qruplarından olan məktəblilər iştirak
edə bilər.
Esselər Azərbaycan dilində təqdim olunmalıdır. Hər müəllif
bir esse ilə müsabiqədə
iştirak edə bilər. Yalnız heç bir
mətbuat orqanında
çap olunmamış
esselər müsabiqəyə
buraxılır. Təqdim edilən
esselər “Microsoft Word” proqramında
A4 formatda, “Times New Roman” 14 şriftində
yığılmalı, 300-500 söz həcmində olmalıdır. Esselər müəllifin
adı və soyadı, təhsil aldığı müəssisənin
adı və ünvanı, müəllifin
elektron poçt ünvanı və əlaqə nömrəsi
qeyd edilməklə mayın 10-dək qobustanqoruğu@heritage.gov.az
elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqənin məqsədi məktəblilərin
diqqətini Azərbaycan
tarixində əvəzsiz
yer tutan, zəngin mədəni irsimizin ən möhtəşəm nümunələrindən
biri olan Qobustan abidələrinə
yönəltmək, onları
abidəni öyrənməyə
və təbliğinə
sövq etməkdir.
Qaliblər Qobustan Milli
Tarix- Bədii Qoruğunun mükafat və diplomları ilə təltif olunacaqlar.
Mədəniyyət.- 2021.- 5 may.-
S.3.