5 may Azərbaycan
xalçaçılarının peşə bayramıdır
Mayın 4-də Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirildi. Konfrans 5 may – “Xalçaçı günü”nə həsr olunmuşdu.
Mayın 5-də isə Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Ənənələrimizi yaşadanlar” adlı tədbir təşkil olunacaq. Tədbirdə Azərbaycan xalçaçılıq sənətinin misilsiz nümunələrindən olan XVIII əsrə aid Qarabağ xalçasının təqdimatı, muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan xalçaların sərgisi və “Bəhram Gur və Dürsəti” xalçasının kəsimi mərasimi keçiriləcək.
Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu “Bəhram Gur və Dürsəti” xalçası “Nizami Gəncəvi İli”ndə muzeyin həyata keçirdiyi layihələr çərçivəsində toxunub.
Mədəniyyət.- 2021.- 5 may.- S.1.