Cazmen İsfar Sarabski alman portalına müsahibə
verib
Almaniyanın “kulturnews.de” portalında azərbaycanlı
caz ifaçısı
İsfar Sarabski ilə “İsfar Sarabski. Əbədi davam edən”
başlıqlı müsahibə
dərc olunub.
Cazmen müsahibəsində
koronavirus pandemiyasının
onun yaradıcılığına
təsiri, bu dövrdə peşəkar
fəaliyyətində baş
vermiş yeniliklər
barədə söhbət
açıb. Musiqiçi 17 yaşından etibarən xarici ölkələrdə səfərlərdə
olduğunu, geniş kütlə qarşısında
çıxışlar etdiyini,
lakin pandemiyanın dünyada hakim olduğu vaxtdan etibarən vəziyyətin dəyişdiyini,
hamı kimi onun da bu
yeni vəziyyətə
uyğunlaşmağa çalışdığını
qeyd edib. Bildirib ki, yaranmış vəziyyətin bir üstünlüyü var,
o da yaradıcılığına
daha çox diqqət ayırmaq imkanının olmasıdır.
Musiqiçi daha sonra “Planet”
adlı yeni işıq üzü
görmüş ilk solo albomu barədə məlumat
verib. İsfar Sarabski bu ilin
sonunadək ikinci albomunu
ictimaiyyətə təqdim etmək niyyətində olduğunu vurğulayıb.
Mədəniyyət.- 2021.- 19 may.-
S.8.