Tanınmış jurnalist Svetlana Nəcəfova vəfat edib

 

 

Əməkdar jurnalist,  tanınmış publisist Svetlana Nəcəfova vəfat edib. Azərbaycan Mətbuat Şurası S.Nəcəfovanın vəfatı ilə əlaqədar nekroloq yayaraq mərhumun doğmalarına yaxınlarına başsağlığı verib.

 

Svetlana Hacı qızı Nəcəfova 1938-ci ildə anadan olub. 1955-1960-cı illərdə BDU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə başladığıPionerjurnalı redaksiyasında 15 il texniki redaktor şöbə müdiri olub. 1973-1992-ci illərdəAzərbaycan qadınıjurnalında şöbə redaktoru, baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illərdəRespublikaqəzetində şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində çalışmaqla zəngin peşə yolu keçib. Çoxsaylı oçerk hekayələr, publisistik məqalələr kitabların müəllifidir.

 

Svetlana NəcəfovaƏməkdə fərqlənməyə görəmedalına, müxtəlif mükafatlara, “Əməkdar jurnalistfəxri adına layiq görülüb.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 19 may.- S.6.