Tur Heyerdalın Azərbaycana aparan addımları ilə...”

 

Norveçin paytaxtı Oslonun Aker Brygge bulvarındaTur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf etadlı sərgi açılıb. Sərgi Azərbaycan-Norveç əlaqələrinə dünya şöhrətli norveçli alim səyyah Tur Heyerdal ilə ümummilli lider Heydər Əliyev arasında dostluq münasibətlərinə həsr edilib.

 

Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatının təşəbbüsü Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan sərginin açılış mərasimində Türkiyənin bu ölkədəki səfiri Fazlı Çorman, Qazaxıstan səfirliyinin məsləhətçisi Talgat Zhumqalov, Tur Heyrdal İnstitutunun baş müşaviri Beate Björge, “Reaching Out” təşkilatının sədri Neha İkram diasporumuzun fəalları iştirak ediblər.

 

Türkiyə səfiri Fazlı Çorman çıxış edərək “CAN” təşkilatının sədri Şervin Nəcəfpuru yeni uğurlu təşəbbüs münasibətilə təbrik edib. Ümummilli lider Heydər Əliyevinİki dövlət, tək millətifadəsini yada salan diplomat Azərbaycan Türkiyə dostluğunun tarixi mədəni əsasları barədə söz açıb.

 

Şervin Nəcəfpur “CAN” təşkilatının fəaliyyəti, yeni sərginin mahiyyəti barədə məlumat verib. Bildirib ki, bu sərgi həm Azərbaycan-Norveç dostluğunun memarları olan Heydər Əliyev Tur Heyerdaldan, ölkələrimizi birləşdirən ümumi dəyərlərdən bəhs edir.

 

Beate Björgə Tur Heyerdalın ölkəmizə bağlılığı ümummilli lider Heydər Əliyevlə dostluq münasibətləri barədə danışıb.

 

Norveçli fotoqraf art-direktor Edmond Yang Azərbaycana səfəri barədə xatirələrini bölüşərək deyib: “Bu gün biz Norveçlə Azərbaycanın mədəniyyətini bir araya gətirməyə çalışdıq, çünki bizi birləşdirən dəyərləri axtarıb tapmağı sevirik. Azərbaycana ilk dəfə gələndə bu ölkə məni çox heyrətləndirdi. İnsanların doğma münasibəti, qonaqpərvərliyi, Azərbaycanın yemək mədəniyyəti ürəyimizi isitdi”. Edmond Yang bildirib ki, bu gün Azərbaycan Avropada aşkarlanmasını gözləyən gizli bir incidir bu səbəbdən belə sərgilərin keçirilməsi vacibdir.

 

Sərgi iyunun 6-dək davam edəcək.

 

Mədəniyyət.- 2021.- 19 may.- S.8.