Oljas SüleymenovŞərəfordeni ilə təltif edilib

 

 

Qazaxıstanın Xalq yazıçısı, şair, ədəbiyyatşünas, ictimai xadim Oljas Süleymenov AzərbaycanınŞərəfordeni ilə təltif edilib.

 

Prezident İlham Əliyevin mayın 18-də imzaladığı sərəncama əsasən, Oljas Süleymenov Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə yüksək təltifə layiq görülüb.

 

Mayın 18-də 85 yaşı tamam olan Oljas Süleymenov Azərbaycanın böyük dostudur. O,   Azərbaycan mədəniyyətinin dünyada təbliği və ölkəmizlə əlaqələrin möhkəmlənməsində xidmətlərinə görə “Şöhrət” (2006) və “Dostluq” (2011) ordenləri ilə də təltif olunub.

 

Mədəniyyət.- 2021.- 19 may.- S.2.